Tailandda nəhəng yeni dinozavr növü aşkarlandı

Tailandda nəhəng yeni dinozavr növü aşkarlandı
14.05.2026 19:00 Dünya

Beynəlxalq alimlər qrupu Cənub-Şərqi Asiyada indiyədək tapılmış ən böyük dinozavrlardan biri hesab edilən yeni nəhəng otyeyən növü təsvir edib.

TodayPress TV xəbər verir ki, araşdırmanın nəticələri "Scientific Reports" jurnalında dərc olunub.

Dinozavrın qalıqları təxminən 10 il əvvəl Tailandın şimal-şərqində, Çayyaphum əyalətində, göl sahilində aşkar edilib. Paleontoloqlar fəqərələri, qabırğaları, çanaq və ətraf sümüklərini, eləcə də uzunluğu 1,78 metr olan bazu sümüyünü araşdırıblar. Bu ölçü təxminən orta statistik insan boyuna bərabərdir.

Yeni növ “Nagatitan chaiyaphumensis” adlandırılıb. “Naqa” sözü Cənub-Şərqi Asiya folklorundakı mifoloji su ilanlarına, “titan” isə qədim yunan mifologiyasındakı nəhənglərə istinad edir.

Tədqiqatçıların hesablamalarına görə, dinozavrın uzunluğu 27 metrə, çəkisi isə 27 tona çatıb. Bu, təxminən doqquz yetkin Asiya filinin çəkisinə bərabərdir. Onun 100-120 milyon il əvvəl, erkən Təbaşir dövründə yaşadığı bildirilir.

Araşdırmanın aparıcı müəllifi Titivut Setapaniçsakul qeyd edib ki, yeni növ uzunboyunlu zauropodlar qrupuna daxildir. Bu qrupa diplodok və brontozavr kimi nəhəng otyeyənlər də aiddir. Alimlərin fikrincə, “Nagatitan chaiyaphumensis” yalnız Asiyada yayılmış Euhelopodidae ailəsinin nümayəndəsi olub. Tədqiqatçılar hesab edirlər ki, bu tapıntı regionun son böyük zauropodu ola bilər.

Qeyd olunur ki, həmin dövrdə indiki Tailand ərazisi quraq və ya yarımsəhra düzənliklərindən ibarət olub. Burada kiçik otyeyən dinozavrlar, yırtıcı karxarodontozavrlar, spinozavrlar və uçan pterozavrlar da yaşayırdı.

Alimlər vurğulayıblar ki, Cənub-Şərqi Asiya dinozavr paleontologiyası baxımından hələ də ən az öyrənilmiş bölgələrdən biridir. Layihə rəhbəri Sit Manitkunun sözlərinə görə, Tailand artıq Asiyada ən zəngin dinozavr tapıntıları olan ölkələrdən birinə çevrilib.

Hazırda “Nagatitan chaiyaphumensis”in tam ölçülü rekonstruksiyası Banqkokdakı muzeydə nümayiş etdirilir.

Qiymət Mahir

XƏBƏR LENTİ
02 IYUN 2026
Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - FHN-dən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Bütün Xəbərlər