Tailand: Kamboca böyük hərbi əməliyyata hazırlaşır

Tailand: Kamboca böyük hərbi əməliyyata hazırlaşır
28.07.2025 10:45 Dünya

Kamboca iyulun 28-də Kuala-Lumpurda keçirilməsi planlaşdırılan münaqişənin həlli üzrə danışıqlardan əvvəl Tailandla həmsərhəd ərazilərdə böyük hərbi əməliyyat keçirməyə hazırlaşır. 

TodayPress TV xəbər verir ki, bu barədə Tailand hökuməti bəyanat yayıb. 

“Kamboca hücumları ara-sıra davam edir. O, sərhədyanı ərazilərdə əhali üçün əlavə risklər yaradaraq, döyüş qaydalarının pozulmasını təşkil edə bilər. Vəziyyət son dərəcə gərgin olaraq qalır və danışıqlar başlamazdan əvvəl Kambocanın böyük hərbi əməliyyata hazırlaşacağı gözlənilir”, - deyə Tailandın Nazirlər Kabinetinin saytında dərc edilən bəyanatda deyilib. 

Aysel Mətləb

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər