Suriya qitələrarası sualtı kabel layihəsinə qoşuldu
Dünya
26.10.2025 14:45
Suriyada ilk dəfə qitələrarası sualtı fiber-optik kabelin çəkilişinə dair razılaşma əldə olunub.
TodayPress TV “əl-İxbariyyə” telekanalına istinadən xəbər verir ki, saziş Suriya Rabitə Nazirliyi ilə İspaniyanın “Medusa” şirkəti arasında imzalanıb.
Şirkətin açıqlamasında bildirilir ki, layihə Şimali Afrika və Cənubi Avropanın 12 ölkəsini birləşdirəcək, Aralıq dənizini isə həm Atlantik okeanı, həm də Qırmızı dənizlə əlaqələndirəcək.
Məlumata görə, uzunmüddətli müharibə və Qərb sanksiyaları Suriyada infrastrukturun, xüsusilə internet sektorunun zəifləməsinə səbəb olub. Nəticədə, ölkə əhalisinin bir qismi gündəlik onlayn fəaliyyətlərini baha başa gələn mobil internet vasitəsilə təmin edir.
Jalə Rövşən
tag: Suriya , Sualtı fiber-optik kabel,Suriya Rabitə Nazirliyi,İnfrastruktur,Todaypress.tv,
