İstanbulda narkotik əməliyyatı - Səkkiz nəfər həbs edildi

İstanbulda narkotik əməliyyatı - Səkkiz nəfər həbs edildi
14.04.2026 03:00 Dünya

İstanbulda narkotiklərlə bağlı aparılan istintaq çərçivəsində keçirilən əməliyyat zamanı bir neçə nəfər saxlanılıb, onların bir qismi barəsində həbs qətimkan tədbiri seçilib.

TodayPress TV xəbər verir ki, əməliyyat İstanbul Respublika Prokurorluğunun rəhbərliyi ilə həyata keçirilib.

Saxlanılanlar arasında sosial şəbəkələrdə tanınan şəxslərin də olduğu bildirilir.

Əməliyyat zamanı Beşiktaş, həmçinin Bebek və Etiler ərazilərində yerləşən əyləncə məkanlarında genişmiqyaslı axtarışlar aparılıb. Narkotiklərlə mübarizə əməkdaşları xüsusi təlim keçmiş itlərlə birlikdə obyektlərdə və ətraf ərazilərdə yoxlamalar həyata keçiriblər.

Saxlanılan şəxslərdən bioloji nümunələr götürülməsi üçün onlar Məhkəmə-Tibbi Ekspertiza qurumuna aparılıb, daha sonra yenidən polisə təhvil veriliblər. Ümumilikdə 17 nəfərin bu prosedurdan keçdiyi qeyd olunur.

İstintaq çərçivəsində 11 nəfər məhkəməyə çıxarılıb. Nəticədə 8 nəfər həbs olunub, digər şəxslər barəsində isə müxtəlif məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.

Araşdırmalar davam edir.

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Muxtar Babayev və Katrin Şneberger iqlim çağırışlarını müzakirə etdilər 18:14 İtaliya nüvə enerjisinə qayıdır: Parlament mühüm qanun layihəsini təsdiqlədi 18:05 Küveyt vəliəhdi Azərbaycan liderini təbrik etdi 17:50 Qətər Əmiri Prezidenti təbrik etdi 17:45 Öncə Tatarıstan, sonra isə bütün Rusiya... — Milyonluq tibb layihəsinin pərdəarxası... 17:43 Bəhreyn vəliəhdi İlham Əliyevi təbrik etdi 17:42 33 ildən sonra ilk dəfə: ermənilər Türkiyəyə girdi - VİDEO 17:38 Fransa millisinin yeganə problemi nədir? Deşam cavab verdi 17:35 BTR-80: Sovet-Rusiya zirehli texnikasının ən çox yayılmış nümayəndəsi 17:32 “Napoli”də bir dövr başa çatdı: Konte getdi! 17:25 Natali Aleksanyandan açıqlamalar: 102-ci bazadakılar, revanşislər və terrorçular... 17:19 “Qarabağ” azarkeşlərini maraqlandıran suala cavab gəldi! 17:13 “Bayquşlar” lider futbolçusunu komandada saxladı! 17:00 Dinc dayanmırlar, sonra da maşın yanır - Çin avtomobilləri ilə bağlı müzakirə böyüyür 16:55 Mumiyadan çörək bişirildi - 5300 illik “möcüzə 16:43 Leverkuzen klubu gələcəyini ispaniyalı mütəxəssisə həvalə etdi! 16:43 Rusiya sanksiya qoydu: Erməni məhsulları Azərbaycan bazarına tökülür? 16:35 Livanda BMT sülhməramlıları [[həlak oldu ]] 16:32 Seçki öncəsi səs-küylü vəd: Milli komandanın ulduzu hədəfdədir! 16:29 Onlayn sifariş edilən məhsulların tərkibinə diqqət edin! 16:27 Azərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərildi 16:13 Bütün Ermənistan Azərbaycanca danışmağa başladı - Seçkilərə damğa vuran olaylar 15:57 Perinatal Mərkəzin sabiq direktoru həbs olundu 15:49 Bir dövr başa çatdı: “Sabah” kapitanı ilə vidalaşdı! 15:37 Vilayət Eyvazov gələcəyin polislərini işə qəbul etdi 15:34 Bütün Xəbərlər