Süni intellekt texnologiyaları “silah” adlandırıldı

Süni intellekt texnologiyaları “silah” adlandırıldı
29.05.2025 10:24 Dünya

Hazırda süni intellekt (AI) texnologiyalarını silah adlandırmaq olar. 

TodayPress TV xəbər verir ki, bu fikri "İzvestiya"ya Pilotsuz Sistemlər və Texnologiyalar Mərkəzinin (PSTM) rəhbəri Andrey Bezrukov bildirib.

Rəhbər qeyd edib ki, hazırda AI texnologiyalarının istifadəsi demək olar ki, heç bir şəkildə tənzimlənmir, halbuki onlar, xüsusilə döyüş əməliyyatlarında aktiv şəkildə istifadə olunur.

“Biz aydın şəkildə başa düşməliyik: süni intellekt texnologiyaları artıq təkcə biznes aləti deyil. Bu – silahdır”, – deyə ekspert bildirib.

Onun fikrincə, AI texnologiyaları dövlət və beynəlxalq təşkilatlar tərəfindən tənzimlənməlidir.

Töhfə Səməd

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər