Sunami təhlükəsinə görə 2,7 minə yaxın insan təxliyə edildi
Rusiyanın şərqində yerləşən Kamçatka yarımadasında baş verən güclü zəlzələdən sonra yaranan sunami təhlükəsi səbəbindən Kuril adalarında 2 700-ə yaxın insan təhlükəsiz ərazilərə təxliyə olunub.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" agentliyi operativ xidmətlərə istinadla məlumat yayıb.
“Sunami təhlükəsi ilə əlaqədar Kuril adalarından təhlükəsiz bölgələrə təxminən 2 700 nəfər, o cümlədən 600-ə yaxın uşaq təxliyə edilib”, - deyə agentliyin mənbəsi bildirib.
Hazırda ərazidə vəziyyət nəzarət altındadır. Yerli hakimiyyət orqanları və fövqəladə xidmətlər əhalinin təhlükəsizliyini təmin etmək üçün tədbirləri davam etdirir.
Töhfə Səməd