Sualtı qayıqların səssiz növləri istehsal ediləcək
Dünya
16.12.2025 09:53
Avropa Müdafiə Agentliyi (EDA) Norveç, Almaniya, Hollandiya və İspaniyanın iştirakı ilə muxtar sualtı nəqliyyat vasitələrinin səs-küy səviyyəsini azaltmağa yönəlmiş dörd illik SPHYDA layihəsinə start verib.
TodayPress TV xəbər verir ki, bu barəd "Techult" məlumat yayıb.
Məlumata görə, layihənin əsas məqsədi sualtı aparatların gövdəsi, sükanları və pərvanələrinin səs-küy yaratma mexanizmini proqnozlaşdırmaq və təhlil etmək üçün ədədi modellər və eksperimental metodlar hazırlamaqdır. Tədqiqat çərçivəsində yaradılacaq ölçmə üsulları ekoloji tələblərə uyğun, daha səssiz sualtı nəqliyyat vasitələrinin hazırlanmasına kömək edəcək.
Mütəxəssislərin fikrincə, sualtı qayıqların səs-küyünün azaldılması dünya donanmaları üçün mühüm məsələdir. Daha səssiz sualtı qayıqların aşkarlanması çətin olduğundan, bu, hərbi əməliyyatlarda ciddi taktiki üstünlük yaradır.
Layihə uğurla başa çatarsa, SPHYDA yeni nəsil səssiz sualtı nəqliyyat vasitələrinin dizaynı üçün müasir alətlər və tövsiyələr təqdim edəcək.
Türkan İsgəndərli
tag: Avropa,Sualtı,Səs,SPHYDA,Todaypress.tv,
