Slovakiya Rusiyaya qarşı 19-cu sanksiyalar paketini dəstəkləyə bilər
Avropa İttifaqı Slovakiyanın tələblərini qəbul edəcəyi təqdirdə, Bratislava Rusiyaya qarşı 19-cu sanksiyalar paketini dəstəkləməyə hazır olacaq.
TodayPress TV “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso ölkə parlamentində çıxışı zamanı deyib.
O vurğulayıb ki, oktyabrın 23-24-də keçiriləcək Aİ sammitinin yekun sənədində Slovakiya hakimiyyətinin tələblərinin nəzərə alınması şərti ilə Bratislava Rusiyaya qarşı Avropa sanksiyalarının 19-cu paketinin qəbulunu dəstəkləməyə hazırdır.
"Əgər sənəddə irəli sürdüyümüz tələbləri görsək, 19-cu paketlə razılaşacağıq", - deyə Fitso bəyan edib.