Şimali Koreya Cənubi Koreya ilə dialoqu rədd edir

Dünya

28.07.2025 12:50

Şimali Koreyanın lideri Kim Çen In Cənubi Koreya hökumətinin münasibətləri bərpa etməyə yönəlmiş təşəbbüslərini mənasız adlandırıb.  

TodayPress TV xəbər verir ki, bu barədə “KCNA” məlumat yayıb. 

Kim Cənubi Koreya prezidenti Li Çje Myonun rəhbərlik etdiyi hökumətin səmimi cəhdlərinin heç bir əhəmiyyət daşımadığını bildirib.  

Onun sözlərinə görə, təbliğat xarakterli radio və televiziya yayımının dayandırılması kimi addımların təqdir ediləcək heç bir tərəfi yoxdur. 

Şimali Koreya lideri, Seulun ABŞ ilə birgə həyata keçirdiyi hərbi təlimləri və Pxenyana qarşı "düşmən siyasətini" sərt tənqid edib: 

“Seulda kim hakimiyyətdə olursa olsun, bu hökumətlə nə danışacaq mövzumuz, nə də görüşmək üçün səbəbimiz var”, -  deyə o bildirib. 

Xatırladaq ki, Li Çje Myon vəzifəyə başladıqdan sonra Koreya yarımadasında “sülh və birgə yaşayış” prinsiplərini gücləndirməyi və Şimali Koreya ilə uzunmüddətli, davamlı münasibətlər qurmağı hədəflədiyini bildirmişdi.  

Aysel Mətləb

tag: Şimali Koreya,Cənubi Koreya,Li Çje Myon,Kim Çen In,