“Şençjou-21” starta hazırdır: Çin yeni ekipajı orbitə göndərir
Dünya
30.10.2025 11:38
"Çin oktyabrın 31-də milli orbital stansiyasına “Şençjou-21” adlı pilotlu kosmik gəmini göndərəcək".
TodayPress TV xəbər verir ki, "Sinxua” agentliyinin məlumatına görə, buraxılış ölkənin şimal-qərbində yerləşən Ciuçyüan kosmodromundan həyata keçiriləcək.
Kosmik uçuşa Çin taykonavtları — Canq Lu, U Fey və Canq Hunçjan qatılacaq. Onlar “Çançjen-2F” (“Uzun yürüş-2F”) raketdaşıyıcısı vasitəsilə orbitə çıxarılacaqlar.
Hazırda Çin orbital stansiyası təxminən 400 kilometr yüksəklikdə fəaliyyət göstərir. Burada eyni anda üç nəfər daimi şəkildə, ekipaj dəyişikliyi zamanı isə altı taykonavt müvəqqəti olaraq işləyə bilər.
Qeyd edək ki, sentyabrın sonunda Çin "Fengyun-3H" adlı meteoroloji müşahidə peykini uğurla orbitə çıxarmışdı.
Qiymət Mahir
tag: Çin ,Şençjou-21,Ciuçyüan ,Canq Lu,Canq Hunçjan,Todaypress.tv,
