Mirzoyan Lavrovu daxili işlərə qarışmamağa çağırdı

Dünya

30.06.2025 15:07

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovun ölkədəki dini məsələlərlə bağlı açıqlamasına sərt reaksiya verib.

TodayPress TV xəbər verir ki, “İnterfaks”ın yaydığı məlumata görə, Mirzoyan Lavrovun Ermənistan Apostol Kilsəsi ətrafında baş verənlərlə bağlı söylədiyi fikirləri ölkənin daxili işlərinə müdaxilə kimi dəyərləndirib.

“Cənab Lavrovdan xahiş edirik ki, Ermənistanın daxili işlərinə və daxili siyasətinə qarışmasın”, – deyə Mirzoyan Avropa İttifaqının xarici siyasət rəhbəri Kaja Kallas ilə keçirdiyi mətbuat konfransında bildirib.

Erməni nazir əlavə edib ki, Rusiya Ermənistanın suverenliyinə hörmətlə yanaşmalıdır. O, Lavrovun “kilsəyə qarşı hücumlar” barədə səsləndirdiyi məlumatların həqiqəti əks etdirmədiyini, ölkədə hakimiyyətin kilsə ilə mübarizə aparmadığını vurğulayıb.

Qiymət Mahir

tag: Ermənistan,Ararat Mirzoyan ,Sergey Lavrov,Rusiya,Todaypress.tv,