Salvini: "Rusiyaya qarşı sanksiyalar Qərbə zərər verir"
Dünya
16.12.2025 09:59
İtaliya Baş nazirinin müavini Matteo Salvini Rusiyaya qarşı tətbiq olunan sanksiyaların Qərb iqtisadiyyatına mənfi təsir göstərdiyini bildirib.
TodayPress TV "Gazeta.ru" ya istinadən xəbər verir ki, o, “Corriere della Sera” qəzetinə açıqlamasında Rusiyanı zəiflətmək məqsədi daşıyan məhdudiyyətlərin xüsusilə enerji xərclərinin artmasına səbəb olduğunu deyib.
Salvininin sözlərinə görə, təxminən dörd il davam edən münaqişə və ardıcıl sanksiyalar fonunda Qərb ölkələrinin iqtisadiyyatları çətin vəziyyətə düşüb. O, həmçinin Avropada artan hərbiləşmə meyillərinə diqqət çəkərək, Rusiyaya təzyiq siyasətinin effektiv olmadığını bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Rusiyaya qarşı on minlərlə sanksiyanın tətbiq olunduğunu açıqlamışdı. ABŞ tərəfi də daha əvvəl sanksiyaların Amerika bizneslərinə zərər vurduğunu etiraf etmişdi.
Jalə Rövşən
tag: Rusiya ,Avropa ,Sanksiya ,İtaliya ,Todaypress.tv,
