Rusiyanın neft nəhənginə HÜCUM: Zavod alova büründü -VİDEO
Rusiyanın Perm şəhərində yerləşən "LUKOIL-Permnefteorgsintez" neft emalı zavodunda PUA hücumu nəticəsində yenidən yanğın baş verib.
TodayPress TV xəbər verir ki, Perm qubernatoru Dmitri Mahonin sənaye obyektlərinə pilotsuz uçuş aparatlarının zərbə endirdiyini təsdiqləyib.
Hadisə zamanı zavod əməkdaşları təxliyə olunub. İlkin məlumata görə, ölən və yaralanan yoxdur.
Nicat Osmanlı