Rusiyanın 1 hava limanında məhdudiyyətlər aradan qaldırıldı
Rusiyanın Kaluqa şəhərində yerləşən Qrabtsevo hava limanında təyyarələrin qəbulu və buraxılması üzrə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı “Rosaviatsiya”nın mətbuat xidməti yayıb.
Xatırladaq ki, daha əvvəl “Rosaviatsiya" 17 iyun saat 01:25-dən (Bakı vaxtı ilə) etibarən uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə müvəqqəti məhdudiyyətlərin tətbiq olunduğunu açıqlamışdı.
Töhfə Səməd