Rusiyada helikopter qəzaya uğradı: Yaralananlar var

Dünya

01.05.2026 21:56

Rusiyanın Komi Respublikasının Usinsk şəhərində "Mi-8" helikopterinin sərt enişi nəticəsində 11 nəfər növbəli işçi xəsarət alıb.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) region üzrə Baş İdarəsinin məlumatında bildirilib.

"Bu gün Usinsk xilasetmə xidmətinə özəl sərnişin helikopteri "Mi-8T"-nin helikopter meydançasından havaya qalxan zaman yan üstə aşması barədə məlumat daxil olub. Helikopter işçiləri Nenets Muxtar Dairəsinə çatdırmalı idi. Göyərtədə 24 nəfər olub. 11 nəfər xəsarət alıb. Onlar həkimlər tərəfindən müayinə edilib və ambulator müalicə üçün evə buraxılıblar", - deyə qeyd olunub.

Aysel Mətləb

TodayPress TV

tag: Rusiya,Komi,Helikopter,Usinsk ,TodayPress TV,