Rusiyada çevriliş baş verir - Şoyqu Putini devirir - İDDİA
Dünya
05.05.2026 14:00
Rusiya rəhbərliyi ilə bağlı diqqətçəkən məlumatlar yayılıb.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi və keçmiş Müdafiə naziri Sergey Şoyqu ölkə daxilində mümkün hərbi çevriliş ssenariləri ilə əlaqələndirilir.
Onun Rusiya Silahlı Qüvvələrinin yüksək komandanlıq strukturlarında hələ də mühüm təsir gücünü saxladığı qeyd edilir.
Məlumata görə, Prezident Vladimir Putin ətrafında təhlükəsizlik tədbirlərinin xeyli gücləndirildiyi bildirilir. Eyni zamanda, Kreml daxilində çevriliş və sui-qəsd ehtimalları ilə bağlı narahatlığın artdığı iddia olunur.
Hesabatda Şoyqunun adının birbaşa “çevriliş riski” kontekstində çəkildiyi vurğulanır.
Qeyd edək ki, bu məlumatlar hazırda müstəqil mənbələr tərəfindən təsdiqlənməyib və iddia xarakteri daşıyır.
Jalə Rövşən
tag: Sergey Şoyqu,Rusiya ,Vladimir Putin ,Çevriliş ,Todaypress.tv,
