Rusiya XİN-dən təcili çağırış: Xarici diplomatlar və sakinlər Kiyevi tərk etməlidir
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Kiyevdəki müdafiə müəssisələrinə, qərar qəbuletmə mərkəzlərinə və komandanlıq məntəqələrinə zərbələr endirəcəyi ilə hədələyib.
TodayPress TV xəbər verir ki, bu addım ilhaq edilmiş Luqanskda yataqxanaya endirilən zərbəyə cavab olaraq atılıb.
XİN xarici ölkə vətəndaşlarını, o cümlədən diplomatları "mümkün qədər tez" Kiyevi tərk etməyə, şəhər sakinlərini isə hərbi və inzibati infrastruktur obyektlərinə yaxınlaşmamağa çağırıb.
Aysel Mətləb