Rusiya və Ukrayna növbəti dəfə əsir mübadiləsi həyata keçirdi

Rusiya və Ukrayna növbəti dəfə əsir mübadiləsi həyata keçirdi
02.10.2025 16:40 Dünya

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub. 

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi istinadən məlumat yayıb.

Verilən məlumata görə, mübadilə "185-in 185" prinsipi əsasında aparılıb. Yəni hər iki tərəf 185 hərbi əsiri qarşılıqlı olaraq azad edib.

Bundan əlavə, Rusiya tərəfi bildirib ki, Ukrayna tərəfindən 20 mülki şəxs də təhvil verilib.

Rusiya Müdafiə Nazirliyi mübadilənin iyulun 23-də İstanbulda əldə edilmiş razılaşmalar çərçivəsində həyata keçirildiyini qeyd edib. 

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər