Rusiya Ukraynanın müdafiə infrastrukturuna hücum etdi

Dünya

02.07.2025 16:33

Rusiya ordusu bir gündə Ukraynanın müdafiə infrastrukturunun əsas obyektlərinə kütləvi zərbələr endirib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hədəflər arasında pilotsuz təyyarələrin yığılması sexləri, anbarlar, Ukrayna hərbi sənaye kompleksinin müəssisələri, sursat anbarları, hərbi texnika, həmçinin Ukrayna hərbi hissələri və bazalar yer alıb.

Hücumlarda uzaqmənzilli dəqiq raketlər, hücum dronları və artilleriya sistemləri istifadə olunub.

Rusiya KİV bildirir ki, Rusiya Silahlı Qüvvələri Burştin İstilik Elektrik Stansiyası, Kulbakino aerodromu, Kremençuk və Droxobiçdəki neft emalı zavodlarına zərbələr endirib.

Ukrayna hakimiyyəti neft emalı zavodlarına edilən hücumları rəsmi təsdiqləməyib.

Türkan İsgəndərli

tag: Rusiya,Ukrayna,Hücum,Baza,Todaypress.tv,