Hüseyn Həsənova qarşı ittihamlar təsdiqləndi
Dünya
02.02.2026 12:52
Moskva Prokurorluğu bloger Hüseyn Həsənova qarşı çirkli pulların yuyulması ittihamlarını təsdiqləyib.
TodayPress TV xəbər verir ki, bu barədə Moskva prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Prokurorluq qeyd edib ki, Hüseyn Həsənov Rusiya Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 4-cü hissəsi - şəxs tərəfindən cinayət törətmək nəticəsində əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (yuyulması) ilə ittiham olunur. Agentlik həmçinin cinayət işinin standart prosedura uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Presnenski Rayon Məhkəməsinə göndərildiyini vurğulayıb.
Bildirilib ki, bloger qiyabi olaraq həbs cəzasına məhkum edilib.
İstintaq müəyyən edib ki, fərdi sahibkar kimi fəaliyyət göstərən Hüseyn Həsənov real gəlirlərini gizlədib və Rusiya büdcəsinə 170 milyon rubldan artıq vergi ödəməyib.
Aysel Mətləb
tag: Hüseyn Həsənov,Moskva ,İttiham,Pul,Todaypress.tv,
