Rusiya Ukrayna ilə bağlı mövqeyini iyunun 2-də açıqlayacaq
Rusiya Ukrayna nizamlanması ilə bağlı mövqeyini iyunun 2-də təfərrüatlı şəkildə açıqlayacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski İstanbula gələrkən məlumat verib.
“Sabah sizə hər şeyi təfərrüatı ilə deyəcəyik”, - o deyib.
Medinski jurnalistlərin suallarını cavablandırarkən əlavə edib ki, o, Ukraynanın memorandumuna daxil edə biləcəyi şərtlərlə bağlı xəbərləri görüb.
Qeyd edək ki, iyunun 2-də Rusiya və Ukrayna nümayəndələri yenidən İstanbulda görüşəcəklər.
Töhfə Səməd