Rusiya-Ukrayna görüşünün tarixi açıqlandı

Dünya

01.07.2025 13:53

Türkiyə, ABŞ, Rusiya və Ukrayna liderlərinin görüşü üçün hələ konkret tarix yoxdur. 

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə prezidentinin administrasiyası məlumat yayıb.

Sammitin yeri və vaxtı danışıqların gedişindən asılı olacaq.

Xatırladaq ki, iyunun 26-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, onun məqsədi Ukraynadakı münaqişəni həll etmək üçün liderlərin görüşünü təşkil etməkdir. O, bu barədə ABŞ prezidenti Donald Tramp ilə danışıb.

Mayın 16-da İstanbulda Rusiya və Ukrayna nümayəndələri üç ildən sonra ilk birbaşa danışıqlarını keçirib, atəşkəs və əsir mübadiləsi məsələlərini müzakirə ediblər. Mayın 25-də əsir mübadiləsi başa çatıb.

İyunun 2-də isə İstanbulda danışıqların ikinci raundu olub, tərəflər atəşkəs və əsir mübadiləsi haqqında razılığa gəliblər.

Türkan İsgəndərli

tag: Türkiyə,ABŞ,Rusiya,Ukrayna,Todaypress.tv,