Qəzzada humanitar yardım maşını insanların üzərinə aşdı
Dünya
06.08.2025 11:23
Qəzza zolağının mərkəzi hissəsində humanitar yardım daşıyan yük avtomobilinin insanların üzərinə aşması nəticəsində azı 20 nəfər həyatını itirib. Hadisə yüzlərlə insanın aclıq şəraitində ərzaq əldə etməyə çalışdığı zaman baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə “RİA” yarımblokadada olan ərazinin yerli hakimiyyət orqanlarının açıqlamasına istinadla məlumat yayıb.
“Fəlakətli humanitar vəziyyət və işğalın yaratdığı xaos fonunda ərzaq yardımı almağa çalışan onlarla insan çərşənbə gecəsi yaralanıb. Yük maşını izdihamın üzərinə aşıb”, – deyə press-relizdə bildirilir.
Rəsmilər iddia edirlər ki, İsrail ordusu qəsdən yük avtomobilini hərəkət üçün yararsız yollara yönləndirib və bu, faciəyə səbəb olub.
Xatırladaq ki, mart ayının sonunda İsrailin Qəzzaya humanitar yardım tədarükünü bloklaması nəticəsində bölgədə kütləvi aclıq halları qeydə alınmışdı.
Qiymət Mahir
tag: Qəzza,Yük maşını,Hadisə,Ölüm,Todaypress.tv,