Polşa Avropa İttifaqından çıxmağı düşünür
Dünya
31.10.2025 18:15
Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkəsinin Avropa İttifaqından (Aİ) çıxma ehtimalını istisna etməyib.
TodayPress TV xəbər verir ki, bu barədə “Onet” məlumat yayıb.
Nazir bildirib ki, bəzi polşalı siyasətçilər Avropa təşəbbüslərinə davamlı olaraq “yox” deyirlər və bu səbəbdən çıxış variantı mümkün görünür.
Sikorski xatırladıb ki, Polşanın keçmiş prezidenti Anjey Duda enerjiyə qənaət edən lampaların tətbiqinə qarşı çıxsa da, qərar Avropa Şurası tərəfindən təsdiqlənmişdi.
Qeyd edək ki, sentyabrın 12-də Polşa Belarusla sərhəddə dəmir yolu keçidlərini bağlayaraq Çin mallarının Avropaya daşınmasında problemlər yaradıb. Daha sonra Çinlə aparılan danışıqlar nəticəsində faydalı qazıntıların çıxarılması, elektromobil istehsalı və ixraca nəzarət qaydalarını əhatə edən saziş imzalanıb.
Türkan İsgəndərli
tag: Polşa,Aİ,Belarus,Avropa,Todaypress.tv,
