Paşinyan: "Ermənistanda sabitliyi poza biləcək təhlükələr neytrallaşdırılıb"
Dünya
30.06.2025 17:55
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə din xadimlərinin həbsi fonunda təhlükəsizliklə bağlı mümkün təhdidlərin neytrallaşdırıldığını bəyan edib.
TodayPress TV xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində Təhlükəsizlik Xidməti əməkdaşları ilə görüşdən paylaşılan video ilə birlikdə paylaşım edib.
“Ermənistanı sabitlikdən çıxara və təhlükəsizlik üçün təhdid yarada biləcək bütün çağırışlar bu günə qədər uğurla neytrallaşdırılıb”, – deyə Paşinyan vurğulayıb.
Baş nazir görüş zamanı Milli Təhlükəsizlik Xidmətinin yeni direktoru Andranik Simonyanı təqdim edib. Paşinyanın sözlərinə görə, qurum qarşıdakı dövrdə əsasən kontr-kəşfiyyat, terrorizmlə mübarizə və konstitusiya quruluşunun qorunması istiqamətlərinə fokuslanmalıdır.
O, həmçinin bildirib ki, 2018-ci ildən bu günə qədər Təhlükəsizlik Xidmətinin maliyyələşməsi üç dəfə artırılıb.
Qiymət Mahir
tag: Ermənistan,Nikol Paşinyan,Andranik Simonyan,Baş nazir,Todaypress.tv,