Rusiya şirkətləri qiymət artımı ilə bağlı xəbərdarlıq etdi
Rusiya Baş Prokuroru İqor Krasnov 2025-ci ilin ilk altı ayı ərzində qiymət artımı ilə əlaqədar 5,3 min sahibkarlıq subyektinin rəhbərinə xəbərdarlıq edildiyini bildirib.
TodayPress TV xəbər verir ki, o, bu barədə "RBC" ilə müsahibəsində danışıb.
Krasnov qiymət artımını, xüsusilə də əsas mal və xidmətlərə olan qiymətlərin süni şəkildə qaldırılmasını ciddi problem adlandırıb. Onun sözlərinə görə, sosial əhəmiyyətli məhsulların qiymətləri, ticarətdə qeyri-qanuni sövdələşmələr və bazarda sui-istifadə hallarına qarşı mübarizə şəxsən onun nəzarətindədir.
Krasnov vurğulayıb ki, kartof, yumurta, süd, yağ kimi gündəlik məhsulların bahalaşmasına yol vermək olmaz.
Türkan İsgəndərli