Rusiya səfiri İtaliya XİN-nə çağırıldı

Dünya

30.07.2025 14:18

İtaliyanın xarici işlər naziri Antonio Tacani Rusiyanın Romadakı səfiri Aleksey Paramonovu ölkə prezidentinin və digər rəsmi şəxslərin “rusofoblar siyahısı”na salınması ilə bağlı Xarici İşlər Nazirliyinə çağırıb.

TodayPress TV xəbər verir ki, bu barədə nazirliyin bəyanatında bildirilib.

Tacani, Prezident Sercio Mattarellanın adının siyahıda yer almasını "İtaliya xalqına qarşı təxribat" adlandırıb və ona tam siyasi və şəxsi dəstəyini ifadə edib.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin saytında “nifrət nitqi” nümunələrinin yer aldığı yeni bölmə yaradılıb. Orada İtaliya prezidentinin, xarici işlər və müdafiə nazirlərinin bəyanatları da daxil olmaqla, müxtəlif Qərb siyasətçilərinin çıxışları "rusofobiya" nümunəsi kimi təqdim olunub. 

Türkan İsgəndərli

tag: İtaliya,Rusiya,Nazir,Rusafob,Todaypress.tv,