Rusiya qazının Ermənistana nəqli dayandırıldı
Fövqəladə bərpa əməliyyatları üçün Rusiyadan Ermənistana təbii qazın tədarükü müvəqqəti olaraq dayandırılıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
Təmirin iyulun 24-dən 26-na kimi 3 gün davam edəcəyi gözlənilir.
Yaxın 3 gündə Ermənistanda istehlakçılara qazın tədarükü daxili ehtiyatlar hesabına, əlavə olaraq isə İrandan təmin ediləcək.
Qeyd edək ki, Gürcüstan ərazisində Şimali Qafqaz-Transqafqaz tranzit qaz kəmərinin Qazaxıstan-Saquramo hissəsində qaz təchizatında problemlər yaranıb.
Aysel Mətləb