Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsi 7 dəfə artdı

Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsi 7 dəfə artdı
20.08.2025 23:45 Dünya

Rusiya və Hindistan son beş ildə ticarət dövriyyəsini təxminən 7 dəfə artırıb.

TodayPress TV xəbər verir ki,  bunu Rusiya baş nazirinin birinci müavini Denis Manturov Rusiya-Hindistan əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında bildirib.

"Daha əvvəl qəbul edilmiş qərarlar sayəsində son beş ildə Rusiya-Hindistan ticarət dövriyyəsi təxminən 7 dəfə artıb. Hindistan əminliklə bizim ən böyük xarici ticarət tərəfdaşlarımızın ilk üçlüyünə daxildir", - o bildirib.

Manturov vurğulayıb ki, ticarət artması ilə yanaşı, məhsulların çeşidi də artıb. Hindistana sabit enerji təchizatı ilə yanaşı, Rusiya ixracı mineral gübrələr, metallar və taxta-şalban sənayesi məhsulları, xam almazlar, enerji avadanlıqları və qida məhsulları da daxil olub.

Aynur TAC


XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər