Rubio: "ABŞ bu həftə Ukrayna məsələsinə dair Rusiya ilə təmaslar qurdu"

Rubio: "ABŞ bu həftə Ukrayna məsələsinə dair Rusiya ilə təmaslar qurdu"
31.07.2025 22:45 Dünya

ABŞ Ukraynadakı vəziyyətin nizamlanması məqsədilə Rusiya ilə qarşılıqlı anlaşmaya nail olmaq üçün dialoqu davam etdirir.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "Fox Radio"ya müsahibəsində bildirib.

"Biz Rusiya tərəfi ilə qarşılıqlı təmasları davam etdiririk. Bu həftənin əvvəlində onlarla əhatəli danışıqlar aparmışıq. Bu danışıqlar Putinlə deyil, onun yüksək vəzifəli nümayəndələrindən bəziləri ilə baş tutdu. Ümid edirik ki, bu, bizi sülhə aparacaq birgə anlayışa gətirə bilər. Amma hələ ki bu istiqamətdə hər hansı irəliləyiş müşahidə olunmur", – deyə Rubio vurğulayıb.

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər