Respublikaçılardan Trampa dəstək: “Nəhayət, oyunun fərqinə vardı”
ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putin haqqında sərt tənqidlərinə Senatdakı respublikaçılar müsbət reaksiya veriblər.
TodayPress TV xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Respublikaçı senator Con Kornin açıqlamasında bildirib:
“Mən çox şadam ki, prezident Tramp nəhayət başa düşdü ki, Putin onu aldadır”.
Digər respublikaçı senator Lindsi Qrem isə Trampın Putinin oyunlarını düzgün qiymətləndirdiyini bildirib. O əlavə edib ki, Senat tezliklə onun təşəbbüsü ilə hazırlanan Rusiyaya qarşı “sarsıdıcı sanksiyalar” haqqında qanun layihəsini qəbul edəcək.
Qiymət Mahir