Respublikaçılar Los-Ancelesdəki etirazlarla bağlı istintaqa başladı

Dünya

14.06.2025 16:15

ABŞ Konqresinin Nəzarət Komitəsində təmsil olunan Respublikaçılar Los-Ancelesdə baş verən iğtişaşlar fonunda şəhər meri Karen Bass və Kaliforniya qubernatoru Qevin Nyusomun atdığı addımları araşdırmaq üçün istintaqa başlayıblar. 

TodayPress TV xəbər verir ki, bu barədə “Newsweek” nəşri məlumat yayıb.

Komitə sədri Ceyms Komer və konqresmen Kley Hiqqins tərəfindən Nyusoma, Bassa və ABŞ Ədliyyə Nazirliyinə ittiham məktubları göndərilib. Məktublarda etirazların qarşısını almaq üçün atılmış tədbələrin əsaslılığı və hüquqi çərçivəsi sual altına alınıb.

Hesabatda həmçinin bildirilib ki, Respublikaçılar prezidenti Donald Trampın iğtişaşların yatırılması ilə bağlı tədbirlərinə qarşı irəli sürülən tənqidlərin əsassız olduğunu hesab edirlər. Onların fikrincə, demokratlar Trampı günahlandıraraq iğtişaşların əsl səbəblərindən yayındırmağa çalışırlar.

Qiymət Mahir

tag: ABŞ ,Karen Bass,Kaliforniya , Los-Anceles,Todaypress.tv,