Çexiyada yeni hökumət: ANO, SPD və Motorist koalisiyası quruldu
Çexiyada keçirilən parlament seçkilərindən sonra ANO, SPD və Motorist partiyaları hökumət koalisiyası yaradıblar.
TodayPress TV “CTK”ə istinadən xəbər verir ki, üç partiya 200 yerlik parlamentdə 108 səs çoxluğu əldə edib.
Koalisiya razılaşması parlamentin ilk iclasından cəmi bir saat əvvəl imzalanıb. Spiker vəzifəsinə SPD lideri Tomio Okamura namizəd göstərilib.
Baş nazir postuna ANO partiyasının sədri Andrey Babişin gətirilməsi gözlənilir. O, yaxın günlərdə Prezident Petr Pavelə hökumətin formalaşması barədə məlumat verəcək. Yeni kabinetin işə gələn ayın ortasınadək başlaması planlaşdırılır.
Qiymət Mahir