Qəzzada xəstəxanalar fəaliyyətini dayandırır
Qəzzada gedən döyüşlər nəticəsində 1500-dən çox tibb işçisi həlak olub, xəstəxanaların əksəriyyəti isə fəaliyyətini dayandırıb. 40-a yaxın xəstəxanadan yalnız 15-i qismən işləyir.
TodayPress TV xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Xəstəxanalarda dərman və tibbi heyət çatışmazlığı var. Tibb müəssisələri lazım olan dərmanların cəmi 30%-ni ala bilir.
Bölgədə qida çatışmazlığı da ciddi problemə çevrilib. 300 minə yaxın uşaq aclıq təhlükəsi altındadır, böyüklər arasında isə qanazlığı (anemiya) geniş yayılıb.
Türkan İsgəndərli