Qazaxıstanda nəqliyyat nazirinin müavini həbs edildi
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi ölkənin nəqliyyat nazirinin müavini Satcan Ablalıyevin saxlanıldığını təsdiqləyib.
TodayPress TV xəbər verir ki, bu barədə Komitənin rəsmi "Telegram" kanalında paylaşılıb.
Bildirilir ki, Ablalıyev qeyri-qanuni himayədarlıq müqabilində 78 min dollar məbləğində rüşvət almaqda şübhəli bilinir. Onun barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Milli Təhlükəsizlik Komitəsi qeyd edib ki, cinayət-prosessual qanunvericiliyə əsasən, istintaqla bağlı əlavə məlumatlar açıqlana bilməz.
Qeyd edək ki, Satcan Ablalıyev bu vəzifəyə 2023-cü ilin oktyabrında təyin olunub.
Türkan İsgəndərli