Qazaxıstanda Müdafiə naziri vəzifəsindən azad edildi
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Müdafiə naziri Ruslan Jaksılykovu vəzifəsindən azad edib.
TodayPress TV xəbər verir ki, onun yerinə müdafiə nazirinin sabiq müavini və Hava Hücumundan Müdafiə Qüvvələrinin baş komandanı Dauren Kosanov təyin olunub.
Bundan əlavə, Tokayev daha əvvəl töhmət verdiyi Nəqliyyat naziri Marat Karabayevi də vəzifəsindən kənarlaşdırıb. Yeni nəqliyyat nazirinin kim olacağı hələlik açıqlanmayıb.
Türkan İsgəndərli