Qazaxıstanda kişi avtomobili uşaqların üzərinə sürdü - Ölənlər var
Qazaxıstanın Urjar vilayətində avtomobil bir qrup uşağın üzərinə sürülüb.
TodayPress TV xəbər verir ki, bu barədə ”Kazinform" məlumat yayıb.
Hadisə nəticəsində üç uşaq ölüb, daha üç uşaq isə yaralanıb.
55 yaşlı “Toyota” sürücüsü idarəetməni itirərək yolun 10 metrliyindəki evin darvazasının qarşısında olan uşaqları vurub.
Sürücünün saxlanıldığı qeyd edilib. Ekspertiza onun qəza zamanı ayıq olduğunu göstərib.
Aynur TAC