Qadın güləşçimiz dünya üçüncüsü oldu

Qadın güləşçimiz dünya üçüncüsü oldu
25.10.2025 23:25 Dünya

Serbiyanın Novi Sad şəhərində U-23 dünya çempionatı davam edir.

TodayPress TV xəbər verir ki, yarışın 6-cı günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Bu gün 18 yaşı tamam olan Günay Qurbanova (59 kq) millini medalsız qoymayıb. Perpsektivli güləşçi italiyalı Aurora Russoya "tuş"la qalib gələrək dünya üçüncüsü olub.

İki sərbəst güləşçimiz isə fəxri kürsüyə qalxmaq şansını əldən verib. Maqomed-Başir Xaniyev (74 kq) medalın bir addımlığında almaniyalı Manuel Vaqinə (4:8), Sadiq Mustafazadə (92 kq) isə təsəlliverici görüşdə özbəkistanlı Şirzad Poyonova (tuş) məğlub olub.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər