Puşkov: “Neftin qiymətini 130 dollara qalxa bilər”

Dünya

14.06.2025 18:45

Rusiya Federasiya Şurasının senatoru Aleksey Puşkov Yaxın Şərqdə strateji dəniz boğazlarının bağlanmasının qlobal enerji bazarına ciddi təsir göstərə biləcəyini bildirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə “Telegram” kanalında paylaşım edib. 

Senator İran və Yəməndəki husilərin Hörmüz və Bab-əl-Məndəb boğazlarını bloklamaq cəhdlərinin reallığa çevriləcəyi təqdirdə, dünya üzrə neftin qiymətinin 110–130 dollar aralığına qədər arta biləcəyini deyib. Onun sözlərinə görə, xüsusilə Bab-əl-Məndəb boğazında belə bir blokada daha asan həyata keçirilə bilər.

Puşkov qeyd edib ki, İranla İsrail arasında gərginliyin artması fonunda Fars körfəzi üzərindən neft tədarükündə yaranacaq istənilən pozuntu qiymətləri sürətlə yüksəldəcək.

Qiymət Mahir

tag: Rusiya,Aleksey Puşkov,Yaxın Şərq,İran ,Todaypress.tv,