Polşa Rusiya və Belarusla sərhəddə istehkam xətti qurur

Dünya

01.08.2025 14:53

Polşa Rusiya və Belarusla sərhədində yaradılan müdafiə xəttini mobil formatda həyata keçirəcək. 

TodayPress TV xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Sezari Tomçik məlumat verib. 

O əlavə edib ki, Polşanın şərq sərhədində bu məqsədlə təxminən 60 anbar tikiləcək. Bu anbarlarda istehkam işləri üçün lazım olan tikinti materialları saxlanacaq.

Qeyd edək ki, ötən ilin payızında Polşa şərq və şimal sərhədlərində genişmiqyaslı istehkam işlərinə başlayacağını elan etmişdi. Bu təşəbbüs “Şərq qalxanı” (Wschodnia Tarcza) adlanır və onun 2028-ci ildə tamamlanması nəzərdə tutulur.

Layihə çərçivəsində sərhəd boyunca təxminən 800 km-lik möhkəmləndirmələr və istehkam qurğuları inşa ediləcək. Büdcəsi isə təxminən 10 milyard zloti (təxminən 2,6 milyard ABŞ dolları) təşkil edir.

Türkan İsgəndərli

tag: Polşa,Rusiya,Belarus,Sərhəd,Todaypress.tv,