Polşa “Patriot” ilə bağlı iddiaları təkzib etdi
Polşa Müdafiə Nazirliyi Yaxın Şərqə “Patriot” raketlərinin yerləşdirilməsi ilə bağlı planları təkzib edib.
TodayPress TV "Kommersant"a istinadən xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış sosial media hesabında yazıb.
O bildirib ki, ölkənin Yaxın Şərqdə “Patriot” raketdən müdafiə sistemləri yerləşdirmək niyyəti yoxdur.
"Patriot" batareyalarımız və onların silah sistemi Polşa hava məkanını və NATO-nun şərq cinahını qorumağa xidmət edir. Bu baxımdan heç nə dəyişməyib və onları heç yerə köçürmək planımız yoxdur”, – deyə nazir bildirib.
Jalə Rövşən