Pezeşkian ABŞ-yə mesaj verdi: Razılaşmaya əməl etsəniz...
ABŞ anlaşma memorandumuna sadiq qalarsa, İran da öz öhdəliklərinə əməl edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial media hesabında paylaşım edib.
"Anlaşma ikitərəfli bir məsələdir. Əgər Amerika tərəfi anlaşmaya sadiq qalarsa, biz də öz öhdəliklərimizə əməl edəcəyik", - M. Pezeşkian qeyd edib.
O, ABŞ-nin "məntiqsiz meydan oxumaları"na və "əsassız təhdidlər"inə qarşı İranın yanaşmasının rasionallıq olduğunu bildirib.
Qeyd edək ki, Amerika nümayəndə heyəti İranla münaqişənin nizamlanması üzrə danışıqlar üçün Dohaya yola düşüb. İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai daha əvvəl Vaşinqtonla Tehran arasında heç bir səviyyədə danışıqlar aparılmayacağını açıqlayıb.