Pekin Ukrayna böhranının həllinə töhfə verəcək

Pekin Ukrayna böhranının həllinə töhfə verəcək
18.08.2025 12:48 Dünya

Çin Ukrayna münaqişəsinin siyasi yollarla həllinə öz yanaşması ilə dəstək göstərəcək. Bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Mao Nin açıqlama verib.

TodayPress TV xəbər verir ki, Mao Nin “TASS”a bildirib:

“Biz tərəfləri danışıqların vacibliyinə inandırmağa və böhranın siyasi həllinə öz üsulumuzla kömək etməyə davam edəcəyik”.

Bununla yanaşı, rəsmi nümayəndə Pekinin danışıqlara təminatçı kimi qoşulacağı barədə xəbərləri nə təsdiqləyib, nə də təkzib edib.

Mao Nin həmçinin vurğulayıb ki, Çin ABŞ və Rusiya arasında münasibətlərin yaxşılaşmasını müsbət qarşılayır.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər