Paşinyan Levon Ter-Petrosyana müraciət etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş prezident Levon Ter-Petrosyana sosial şəbəkə vasitəsilə müraciət edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, "Facebook"da yazıb.
Paşinyan bildirib ki, Ter-Petrosyan 1996-cı ildə seçkilərin nəticələri ilə üzləşməkdən, 1998-ci ildə hakimiyyətdən, 2008-ci ildə isə müxalifətdən qaçıb.
“Anlayıram ki, indi də qaçmaq istəyirsiniz, amma artıq qaçmağa yer tapmırsınız. Buna da ehtiyac yoxdur. Sadəcə, sakitləşin və Ermənistanda qurulmuş dinc həyatdan zövq alın”, - deyə Paşinyan qeyd edib.
Töhfə Səməd