Paşinyan hərbi büdcənin azaldılması planlarını şərh etdi
Dünya
10.09.2025 18:27
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə 2026-cı il üçün hərbi büdcənin azaldılması planlarını şərh edib.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan KİV yazıb.
Onun sözlərinə görə, 2025-ci ildə 2024-cü ilin büdcəsi ilə müqayisədə müdafiə xərclərində əhəmiyyətli, qeyri-mütənasib artım (115 milyard dram - təxminən 300 milyon dollar) olub. Bu məntiqlə 2026-cı ildə müdafiə xərcləri 2024-cü ildən çoxdur.
“Əgər 2025-ci ildə xərclərdə kəskin artım olmasaydı, o zaman tədricən illik artım 2026-cı ildə də davam edəcəkdi”.
Baş nazir bəyan edib ki, müdafiə xərclərinin artımının olmaması və planlaşdırılan şəkildə azaldılmasının səbəbi məhz budur.
"Lakin başqa amillər də var ki, lazım gələrsə, bağlı qapılar arxasında parlamentə təqdim edə bilərəm", - Paşinyan qeyd edib.
tag: Ermənistan,Baş nazir,Nikol Paşinyan,Müdafiə,Todaypress.tv,