İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər
Dünya
12.06.2025 17:02
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İdarə Heyəti tərəfindən İranı guya nüvə silahlarının yayılmaması ilə bağlı öhdəliklərini pozmaqda ittiham edən qətnamənin qəbul edilməsi, Tehranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NSYM) çıxması ilə nəticələnə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə İran parlamentinin milli təhlükəsizlik komitəsinin üzvü Vahid Əhmədi məlumat verib.
“AEBA-nın İdarə Heyətinin atdığı addımları nəzərə alaraq, İran İslam Respublikası bu qurumla əməkdaşlığını yenidən gözdən keçirməli və NSYM-dən çıxmağı nəzərdən keçirməlidir”, - deyə deputat bildirib.
Qeyd edək ki, NSYM nüvə silahlarının yayılmasının qarşısını almaq məqsədilə 1970-ci ildə qüvvəyə minib və İran bu müqavilənin iştirakçısıdır.
Töhfə Səməd
tag: AEBA,Tehran,Nüvə Silahlarının Yayılmaması Müqaviləsi,todaypress.tv,