Paşinyan Ermənistanın Aİİ-də qalmaq istədiyini açıqladı
Dünya
24.07.2025 16:15
Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Rusiya Baş naziri Mixail Mişustinlə keçirdiyi görüş zamanı ölkəsinin Avrasiya İqtisadi İttifaqında (Aİİ) fəaliyyətini davam etdirmək niyyətində olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında bildirib.
“Ümumiyyətlə, Ermənistan Aİİ-də fəaliyyətini davam etdirmək niyyətindədir”, - deyə Overçuk vurğulayıb.
Onun sözlərinə görə, Rusiya Ermənistanla Aİİ çərçivəsində əməkdaşlığı davam etdirməkdə maraqlıdır, lakin ticarət-iqtisadi əlaqələrlə bağlı bəzi məsələlərə dair narahatlıqlar var. Bu narahatlıqlar arasında iki ölkə arasında ticarət dövriyyəsinin kəskin azalması və əlaqələrin əvvəlki səviyyəyə qaytarılması istiqamətində tədbirlərin zəruriliyi də xüsusi yer tutur.
Aysel Mətləb
tag: Ermənistan,Aİİ,Rusiya,Overçuk,Todaypress.tv,