ABŞ-də işçilərin saxlanılması investisiyalara təsir edə bilər

Dünya

11.09.2025 10:08

“ABŞ-nin Corciya ştatında tikinti meydançasında Cənubi Koreya Respublikası vətəndaşlarının saxlanılması,  ABŞ-yə yatırılan investisiyalara mənfi təsir göstərə bilər”.

TodayPress TV xəbər verir ki, bunu Cənubi Koreya Prezidenti Li Çje Myon bəyan edib.

“Onlar zavodun tikintisində çətinliklərlə üzləşdilər, çətin vəziyyətə düşdülər və təbii ki, bu da ciddi narahatlıq yaradır. Şirkətlərimiz üçün bu vəziyyət ABŞ-yə birbaşa investisiyaların məqsədəuyğunluğu ilə bağlı şübhələr doğurur”, - deyə prezident vəzifəyə başlamasının 100-cü günü münasibətilə keçirilmiş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Seul Vaşinqtona vizaların verilməsi məsələsinin həllini təklif edir. Li Çje Myon bildirib ki, Corciyada saxlanılan təxminən 300 vətəndaş və 14 əcnəbi yaxın zamanda Cənubi Koreyaya qayıdacaq. Onlardan bir nəfər ailə vəziyyəti səbəbindən ABŞ-də qalmaq qərarı verib.

Həmçinin Cənubi Koreya tərəfi saxlanılanların qandallarla aparılmasına qəti etiraz etdiyini bildirib. 

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,Cənubi Koreya,İşçi,Saxlanılma,Todaypress.tv,