Paşinyan Aİİ ilə bağlı qərarsızdır

Dünya

26.03.2026 14:05

Ermənistan Baş naziri Nikol Paşinyan seçkiqabağı dövrdə Avrasiya İqtisadi İttifaqının (Aİİ) tədbirlərində iştirak edib-etməyəcəyinə əmin deyil.

TodayPress TV “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

“Seçkiqabağı dövrə qədəm qoyduğumuz üçün Aİİ çərçivəsində tədbirlərdə nə dərəcədə iştirak edə biləcəyimi bilmirəm. İndi çalışırıq, baxacağıq”, - Paşinyan qeyd edib.

Xatırladaq ki, Ermənistan parlamentinə seçkilər 7 iyunda keçiriləcək.

TodayPress TV

tag: Ermənistan,Nikol Paşinyan,Avrasiya İqtisadi İttifaqı,