Papa XIV Leo ilk xarici səfərini Türkiyə və Livana edəcək

Papa XIV Leo ilk xarici səfərini Türkiyə və Livana edəcək
07.10.2025 16:07 Dünya

Roma Papası XIV Leo noyabrın sonunda Türkiyə və Livana səfər edəcək.

TodayPress TV bu barədə xarici KİV-ə istinadən məlumat verir. 

Belə ki, bu, Roma Papasının İtaliyadan kənara ilk səfəridir.

Səfər noyabrın 27-dən 30-dək Türkiyəni, noyabrın 30-dan dekabrın 2-dək isə Livanı əhatə edəcək.

Səfər zamanı Papa Yaxın Şərqdəki xristianların vəziyyətinə diqqət çəkəcək və regionda sülhə çağırış edəcəyi gözlənilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər